ER Xarici İşlər Nazirliyinin spikeri Vahan Hunanyan xəbər verir ki, yanvarın 14-də Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü ərəfəsində Moskvada ER Parlamentinin sədrinin müavini, Ermənistan-Türkiyə nizamlanması prosesinin xüsusi nümayəndəsi Ruben Rubinyan Moskvada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Tərəflər Ermənistan və Türkiyə arasında nizamlanma prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.