Bakı ATƏT-in Dağlıq Qarabağ ilə bağlı Minsk qrupuna həmsədrlik cəhdlərini dayandıracaq. Bu barədə Azərbaycan Prezidenti bildirdi.
“Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub.Biz onların yerinə bu məsələni həll etdik”,- deyə İlham Əliyev qeyd etdi.
Azərbaycan prezidenti həmçinin Fransanı və ABŞ-ın hazırkı administrasiyasını “birtərəfli ermənipərəst mövqedə” ittiham edib.
Azərbaycan prezidenti rus sülhməramlılarına da toxunaraq, onların hərəkətlərində “çoxlu qəzəb elementlərinin olduğunu” deyib.