Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə qərarlarını elan edib.
Azərbaycan KİV-inin yaydığı məlumata görə, bunlar 6 yekun qərar və qərardadlarda əksini tapıb. Qəbul edilən qərarlar əsasında Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 126 min avrodan artıq təzminat ödəməlidir.