Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti və Ermənistanın hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.