Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 11-də Azərbaycan tərəfindən atəşkəs rejimin pozulmasını pisləyib.
“Biz yanvarın 11-də Ermənistanın sərhədinin şərq istiqamətində Azərbaycan silahlı qüvvələri artileriya və PUA-lardan istifadə edərək atəşkəs rejiminin kobud pozulmasını pisləyirik. Azərbaycan silahlı qüvvələrinin bölmələrin növbəti təxribatı Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı Azərbaycanın davamlı təzahürüdür. Bu, 2021-ci ilin mayın 12-dən bəri Ermənistan Respublikasının suveren ərazisinə zorla daxil olunması ilə başlayıb.
Ermənistan Respublikası beynəlxalq ictimaiyyətinin diqqətini Bakının Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlarına yönəltdi. Bununla Azərbaycan beynəlxalq hüququnun təməl prinsiplərini, o cümlədən BMT Nizamnaməsini və regional təhlükəsizliyi pozur.
Biz Azərbaycan hakimiyyətini təxribat xarakterli hərəkətlərdən çəkinməyə, Soçidə üçtərəfli bəyanatla və Brüssel görüşü nəticəsində regionda sabitliyin bərqərar olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”,- deyə bəyanatda qeyd olunub.