Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir.
Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz “Twitter” hesabında yazıb.
"Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır" - deyə Peter Stano yazıb.