Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 622881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606888 nəfər müalicə olunaraq sağalıb, 8480 nəfər ölüb, aktiv xəstə sayı 7513 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10746, ötən müddət ərzində isə ümumilikdə 5968349 test aparılıb.