Almatıdakı erməni sülhməramlı bölməsinin əsas vəzifələrindən biri yerli su kəmərinin terrorçular tərəfindən zəhərlənməsinin qarşısını almaqdır. TASS xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə respublikanın sülhməramlı hərbi hissəsinin komandiri mayor Hayrapet Mkrtçyan bildirib.
Hərbçinin sözlərincə, suqəbuledici strateji əhəmiyyətli obyektdir, onun çirklənməsinin nəzəri təhlükəsi var idi.
Almatıdakı erməni sülhməramlıları nəinki “Barekamutyun” suqəbuledicisini qoruyur, həm də ən böyük çörək məmulatlarından birinin təhlükəsizliyini təmin edir.
KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxildir. Hazırda Rusiya bölmələrinin əsas vəzifəsi Almatıda əsas strateji obyektləri qorumaqdır.