Ermənistan Respublikasnın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birini təbrik edib.
Hər iki tərəf ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Ararat Mirzoyan son günlərdə Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejimin pozulması barəsində danışıb.
Telefon danışığı zamanı Qazaxıstandakı vəziyyət də müzakirə olunub. Mirzoyan məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.
Tərəflər regional və beynəlxalq təhlükəsizliyi ilə bağlı məsələlərinə də toxunublar.