Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin çıxarılması ilə bağlı Qazaxıstanın qərarı respublikanın səlahiyyətindədir, Rusiya bu qərara müdaxilə etməyəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu, tamamilə KTMT-yə müraciət edən ölkənin səlahiyyətindədir. Bu, onların təhlilidir. Bizim buna qarışmağa haqqımız yoxdur" – deyə Kremlin spikeri bildirib.