Son zamanlar Ermənistan-Azərbaycan sərhədində vəziyyət o qədər də gərgin deyildir. Bunu ER müdafiə nazirinin müavini Arman Sargsyan bu gün Parlamentdə brifinq zamanı jurnalistlərə bildirib.
“Son vaxtlar sərhəddəki vəziyyət o qədər də gərgin deyil, lakin hər an müəyyən gərginliyin ola biləcəyini heç kim istisna edə bilməz” - deyə Sargsyan bildirib.
Arman Sargsyan Qazaxıstana erməni bölməsinin göndərilməsi ilə bağlı sualı da cavablandıraraq qeyd edib:
“Bunda heç bir risk problemi yoxdur, çünki ordumuzun sayı elə deyil ki, o 100 hərbçinin olmaması sərhəddəki gərginlik baxımından hər hansı dəyişikliyi nəzərdə tutsun”.