Amerikanın Netflix seriallarından birində göstərilən xəritə Türkiyədə böyük narazılığa səbəb olub. Filmdə Erənistanın tarixi sərhədlərini göstərilib.
Bu barədə Türkiyənin Qlobal Dəniz Strategiyaları Mərkəzi (Türk DEGS) “Twitter” səhifəsində paylaşım etdi.
Türkiyədəki iqtidaryönlü “Yeni Akit” qəzeti də məsələyə də toxunub. Qəzet yazdı ki, bir çox vətəndaş “Netflix”-in hərəkətlərindən narazılıqlarını ifadə edərək, Türkiyə Radio Televiziya Qurumundan “Netflix”-ə qarşı ən sərt sanksiyaları tətbiq etməyi tələb ediblər.