Yanvarın 10-da Azərbaycan tərəfi Artsax Respublikasının Martuni rayonu Karmir Şuka və Askeran rayonunun Naxçivanik kəndləri ərazisində mülki obyektləri hədəfə alaraq atəşkəs rejimini yenidən pozub.
“Bu cür hərəkətlər Azərbaycanda dövlət səviyyəsində aparılan ermənilərə qarşı nifrət siyasətinin təzahürüdür. Bu bir daha sübut edir ki, Azərbaycan hakimiyyətinin “sülhsevər” bəyanatlarının həmin ölkənin Artsax, erməni xalqı və regiona qarşı real terror məqsədlərinə heç bir aidiyyatı yoxdur.
Hərbi əməliyyatlar dayandırılmasından sonra Azərbaycanın təcavüzkar davranışı əldə edilmiş razılaşmaların, beynəlxalq hüquq normalarının və humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır. Bu addımlar Artsax Respublikasının cəmiyyətini qorxutmaq və Rusiya sülhməramlı missiyasının fəaliyyətini pozmaq məqsədi daşıyır.
Biz bir daha vurğulayırıq ki, belə addımlarla Azərbaycan Artsax xalqının Artsaxda yaşamaq əzmini sarsıda bilməz.
Biz bundan sonra da Vətənimizi inkişaf etdirəcəyik və möhkəmləndirəcəyik”,- deyə qeyd olunub.