Yanvarın 11-də, saat 15:15 radələrində Azərbaycan SQ bölmələri Geğarkunik rayonunun Verin Şorja istiqamətində yerləşən Ermənistan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində atəş açıblar, nəticədə 1 hərbi qulluqçu orta dərəcəli güllə yarası alıb.
ER Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin cavab tədbirləri ilə qarşı tərəfin atəşi susdurulub.
Saat 17:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və ER Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.