Yanvarın 11-də, saat 17:30 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində yerləşən erməni mövqelərini yenidən atəşə tutmağa başlayıb.
Ermənistan tərəfi müvafiq addımlar atıb. Saat 18:30-a olan məlumata görə, qarşılıqlı atışma davam edir.
Ermənistan tərəfinin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hazırda üç yaralının olduğu məlumdur. Bu barədə ER MN məlumat yayıb.
Müdafiə Nazirliyi vəziyyət ilə bağlı mütəmadi olaraq məlumat verəcək.