Artsax Respublikasının Ombudsmanı Geğam Stepanyan toplanmış faktlara əsasən, Azərbaycan tərəfi dinc yaşayış məntəqələrinin yaxınlığında yerləşən mövqelərdən yaşayış məntəqələrini daha intensiv atəşə tutub.
Yanvarın 10-da atışma səbəbindən mülki şəxsə məxsus “UAZ” markalı avtomobil evin həyətində yandırılıb.
“Sözügedən yaşayış evi kənddəki uşaq baxçasından 50 metr aralıda yerləşir. Atışma və avtomobilin yanması nəticəsində bağçaya gedən uşaqların qorxusundan uşaq baxçasının normal işi pozulub, uşaqlar təcili təxliyə edilib”,- deyə Ombudsman yazdı.
Aynı gün Azərbaycan tərəfi Tağavard kəndində və Askeran rayonunun Naxçivanik kəndində də təxribata əl atıb. Naxçivanik kəndi ərazisində Azərbaycan silahlı qüvvələri müxtəlif növ odlu silahlardan təxminən 15 dəqiqə dinc sakinləri intensiv atəşə tutub. Atışma Rusiya sülhməramlıları vasitəçiliyi ilə dayandırlıb.
“Azərbaycan tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması mülki əhalinin hüquqlarına, ilk növbədə, yaşamaq hüququna qəsddir. Bu gün baş verən hadisələr və keçən ildə qeydə alınan çoxsaylı oxşar hallar açıq şəkildə göstərir ki, Azərbaycan tərəfi yalançı sülhsəvər bəyanatlarla ermənilərin Artsaxdan çıxarılması proqramını irəli sürməkdə davam edir.
Artsax xalqının təhlükəsizliyi və hüquqlarının lazımi şəkildə müdafiəsi baxımından Azərbaycan silahlı mövqelərinin yaşayış məntəqələri yaxınlığından dərhal çıxarılması çox əhəmiyyətlidir”,- deyə Ombudsman yazdı.