“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O qeyd edib ki, bu proses 10 gün sürəcək.
“Dövlət çevrilişi baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir”, - dövlət başçısı bildirib.