Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qeyd etdi ki, Qazaxıstandakı iğtişaşlar dövlət çevrilişinə cəhd idi. Bu barədə KTMT Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanda iğtişaşlar çoxdan hazırlanıb və “birgə əmr”lə başlayıb.
Tokayev həmçinin qeyd etdi ki, Qazaxıstandakı iğtişaşlarda bilavasitə terrorçular da işitirak ediblər.
“Qazaxıstan daha sonra dünyaya terror təcavüzünə hazırlıq barədə sübutlar təqdim edəcək”,- Prezident qeyd etdi.
Qazaxıstanın prezidenti vurğuladı ki, Qazaxıstanda silahlı qüvvələr dinc nümayişçilərə qarşı istifadə edilməyib.