KTMT iclasında üzv ölkələrin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Videokonfrans Qazaxıstan prezidentinin təklifi və Ermənistanın sədrliyi ilə çağırılıb.
İclası Ermənistanın baş naziri Nikol Paşinyan açıb, təşkilata üzv dövlətlərin rəhbərləri Qazaxıstanda baş verən toqquşmalarında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu gün Qazaxıstanda matəm günüdür. KTMT-yə sədrlik edən Ermənistan lideri xatırladıb ki, Qazaxıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar prezident Kasım Comart Tokayev yardım üçün KTMT-yə müraciət edib.
Məsləhətləşmələr zamanı KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi qərara alınıb.