KTMT qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq, öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq. Bu barədə KTMT Şurasının İclasında Rusiya Prezidenti Vladimir Putin bildirdi.
Putin həmçinin qeyd etdi ki, KTMT bölmələri respublika rəhbərliyinin rəsmi müraciəti əsasında Qazaxıstandadır. Bu, 1992-ci il Kollektiv Təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsinə tam uyğundur.