KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Gündəm “Qazaxıstan Respublikasındakı vəziyyət və onun nizamlanmasına yönəlmiş tədbirlər olub.
Videokonfrast formatında keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Aklibek Japarov vən KTMT-nin Baş katibi Stanislav Zas iştirak ediblər.
Nikol Paşinyan qeyd etdi ki, Qazaxıstan prezidentinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına rəsmi müraciətini nəzərə alaraq, strateji əhəmiyyətli obyektləri müdafiə etmək üçün Qazaxıstana sülhməramlılar göndərmək qərara alınıb.
“Beynəlxalq terror təşkilatlarının iştirakı ilə bağlı məlumatların verilməsi baxımından Qazaxıstan Respublikasındakı vəziyyət bizi xüsusilə narahat edir. Biz özümüz regionumuzda xarici terrorçuların olması ilə üz-üzə idik”,- Paşinyan vurğuladı.
ER Baş naziri qeyd etdi ki, KTMT-yə Ermənistanın sədrliyinin əsas prioritetlərindən biri Təşkilatın böhrana cavab mexanizmlərinin gücləndirilməsidir.