Azərbaycanda ilk dəfə koronavirusun omikron ştammı aşkarlanıb. Bu barədə yanvarın 10-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə bəyanatında deyilir.
SARS-CoV-2 21k Omicron variantı xaricdən gələn şəxslərdən götürülmüş 12 nümunədə aşkar edilib.
Səhiyyə orqanları vətəndaşları ikinci dozadan sonra və ya xəstəlikdən sağaldıqdan 6 ay sonra bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə vaksinasiyaya çağırıblar.