Hərbi qulluqçular onların hərbi mükafatlardan məhrum edilməsindən narazılıq ediblər.
“Müharibə iştirakçılarının mükafatlandırılması, onlara diqqət, qayğı göstərilməsi barədə prezident İlham Əliyevin tapşırığına baxmayaraq, bizim xidmətlərimiz qiymətləndirilməyib. Arxa cəbhədə xidmət edənlər medal aldılar, amma bizi unutdular” – deyə aksiya iştirakçılarından biri deyib.
Azərbaycan MN nümayəndəsi etirazçıların qarşısına çıxaraq məsələnin araşdırılacağını vəd edib.