Yanvarın 10-da ER müdafiə naziri, KTMT Müdafiə Nazirləri Şurasının katibi Suren Papikyan ilə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Qazaxıstan Respublikasındakı vəziyyət, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının, Müdafiə Nazirləri Şurasının qərarlarının icrası ilə bağlı məsələlər, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin fəaliyyəti müzakirə olunub, görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.