Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan hökumətinin KTMT sülhməramlı qüvvələrinin tərkibində Ermənistan kontingentini Qazaxıstana göndərmək qərarını alqışlayan bəyanat yayıb.
Səfirlik onu da xatırladıb ki, təşkilatın sülhməramlı qüvvələri orada vəziyyət nizamlanana qədər müvəqqəti olaraq Qazaxıstanda yerləşdiriləcək.