Türkiyənin keçmiş baş naziri, müxalif “Gələcək” partiyasının qurucusu və sədri Əhməd Davudoğlu KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatından danışıb.
O, rəsmi “Twitter” səhifəsində xüsusilə yazıb: “Türk dünyasının mərkəzi dövləti olan qardaş Qazaxıstanda baş verən son hadisələrdən dərin təəssüf hissi keçirirəm. Narahatedicidir ki, bu hadisələr nəticəsində onlar Ermənistanın sədrlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəməli olublar”.