Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. İki ölkənin rəhbərləri Qazaxıstandakı vəziyyət müzakirə edilib.
Bu barədə Ermənistan Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıb.