KTMT-nin baş katibi Stanislav Zas KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstandakı vəziyyəti müzakirə edib. Bu barədə KTMT-nin bəyanatında deyilir.
Stanislav Zas Qazaxıstandakı vəziyyətin nizamlanması üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin göndərilməsi ilə bağlı şuranın qərarının icrası barədə məlumat verib.