Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin sülhməramlı qüvvələri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etmir, dövlət obyektlərinin mühafizəsinə cavabdehdir.
Bu barədə “ТАСС”-a müsahibəsində Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev bildirdi.
“KTMT sülhməramlı qüvvələrinin missiyası sülhməramlıdır”, - deyə rəsmi bildirib.
O qeyd etdi ki, əməliyyat nəticəsində şəhərin bütün inzibati binaları terrorçulardan təmizlənib, çoxlu sayda hücumçu öldürülüb və həbs edilib, hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.