Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bugünkü telefon danışığı zamanı “3+3” formatında ilk görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün yaxın gələcəkdə eyni tərkibdə keçirilməsi razılaşdırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında Lavrov və Çavuşoğlu arasında baş tutan telefon danışığı ilə bağlı yerləşdirilən məlumatda bildirilib.
Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəklədiyini ifadə edib.