Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verən silahlı toqquşmalarla bağlı bəyanat yayıb.
“Biz Qazaxıstandakı silahlı toqquşmaları həyəcanla izləyirik. Terrorçu qrupların ölkəyə nüfuz etməsi ilə bağlı xəbərlər narahatlıq doğurur.
Biz zorakılığı qətiyyətlə pisləyirik, əminik ki, bu, siyasi problemlərin həlli yolu ola bilməz”,- deyə bəyanatda qeyd olunub.