“Report”a Qazaxstranın Azərbaycandakı səfirliyindən məlumat verilib ki, Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat gəlməyib.
Bildirilib ki, hazırda Almatı, Aktau, Aktoba şəhərlərində vəziyyətin hələ də gərgin olduğu, paytaxt Nur-Sultan şəhərində isə nümayiş və mitinq keçirilmədiyi, vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, səfirlik mövcud vəziyyətin Qazaxıstandakı azərbaycanlı diaspor rəhbərləri ilə müzakirə etdiklərini bildirib.