Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.
Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Bir sıra regionlarında baş vermiş aksiyalar zamanı 200-dən çox nümayişçi saxlanılıb. Daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə ziyan dəyib.