Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxstandakı vəziyyətə toxunub, PİA Novosti bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, indiki vəziyyətdə ölkədə baş verən hadisələrə kənardan heç kimin müdaxilə etməməsi çox vacibdir. O, həmçinin Qazaxıstan hökumətinin vəziyyəti təkbaşına həll etməyə qadir olduğuna əminliyini ifadə edib.