Yanvarın 4-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan güc orqanlarının rəhbərlərinin iştirakı ilə ilin əvvəli üçün ilk işçi məsləhətləşməni keçirib.
Güc orqanlarının səmərəli və birgə fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, respublikada mövcud problemlər sırasında təhlükəsizlik məsələləri də prioritet olaraq qalır.
Cari işlər və nəzərdə tutulan proqramlarla bağlı gündəm müzakirə olunub.
Arayik Harutyunyan ölkənin daxili və xarici təhlükəsizliyinin təmin edilməsi baxımından iclas iştirakçılarına bir sıra tapşırıqlar verib.