Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid paket tamamlanır. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək”, - Rudenko qeyd edib.