Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-İran münasibətlərinin gələcək inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. İki ölkə hökumətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Ermənistanın Baş naziri və İran prezidenti regionda baş verən proseslərə də toxunublar.
İran prezidenti yeni il və Milad bayramı münasibətilə baş nazir və erməni xalqını təbrik edib.