Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Yeni il və Milad bayramı münasibətilə təbrik məktubu göndərib.
Səfir qeyd etdi ki, keçən ilə asan deyildi, lakin xalqlarımız çiyin-çiyinə dayanaraq bir-birinin dəstəyini hiss ediblər.
“Ölkələrimizin üzləşdiyi çağırışlar onlar arasında əməkdaşlığın hərtərəfli inkişafı və dərinləşdirilməsinin aktuallığını göstərməklə yanaşı, Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin sadəcə söz olmadığını sübut etdi. Bunların arxasında konkret işlər dayanır. Rusiya erməni xalqının tez bir zamanda özünü təhlükəsiz hiss etməsinə, gələcəyə inamla baxa bilməsinə daha çox önəm verir.
Sülhməramlı kontingentimizin əməliyyatları zonasında dinc həyatın təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədindəki problemlərin həlli, Cənubi Qafqaz regionunun sülh yolu ilə inkişafı və firavanlığı üçün şərait yaradılması üçün Rusiyanın göstərdiyi səylər bu məqsədə xidmət edir”,- səfir qeyd etdi.
O bildirdi ki, bütün çətinliklərə baxmayaraq, ötən il də ticari-iqtisadi əlaqələrimiz fəal inkişaf etdi.
Səfir vurğuladı ki, gələn il iki ölkə üçün çox vacibdir.
“Ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini, dostluq, əməkdaşlıq müqaviləsinin imzalanmasının 25 illiyini qeyd edəcəklər. Biz birlikdə uzun yol qət etdik. Bizim hələ çox işimiz var.
Əminəm ki, çoxəsrlik dostluğumuzun tarixi gələcəkdə birgə uğur və nailiyyətlərin şanlı səhifələri ilə tamamlanacaq”,- deyə səfir vurğuladı.
Rusiyanın Ermənistandakı səfiri ölkələrimizə sülh və firavanlıq arzuladı.