Türkiyə-Ermənistan münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına kömək edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Hesab edirik ki, Ankara-Yerevan arasındakı münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına, etimad mühitinin və mehriban qonşuluğun formalaşmasına yardım edərdi. Xatırlatmaq istəyirəm ki, biz, bu mövzunu təkcə şərt etmirik. Əgər baxsanız, tarixi perspektivdə, praktikada və reallıqda Rusiya tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün az iş görülməyib. Ankara və Yerevan tərəfindən münasibətlərin normallaşması məqsədi ilə xüsusi nümayəndələrin təyin edilməsi bizim fikrimizcə, məntiqli və ağıllı addımdır. Rusiya dəfələrlə vasitəçilik səylərini göstərməyə hazır olduğunu bəyan edib”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.