Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“İnanırıq ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb”, - M. Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, görüşdə həssas humanitar mövzularda, o cümlədən saxlanılanların qaytarılması, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi kimi mövzularda konstruktiv dialoq əhval-ruhiyyəsi hökm sürüb.
"Bu cür birləşdirici gündəmin, hansı ki, predmetli razılaşmaya çıxmağa, digər istiqamətlərdə daha da irəli getmək üçün atmosferi formalaşdırmağa kömək edir, fövqəl dərəcədə aktual olduğuna inanırıq. Ona görə də perspektivdə bu cür təmasların müntəzəm əsasda, habelə Azərbaycan və Ermənistanda keçirilməsinə ümid edirik", - Zaxarova deyib.