ABŞ dekabrın 29-da 5 erməni hərbçinin Azərbaycandan qayıtmasını alqışlayır. Bu barədə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi Twitter mikrobloqunda deyilir.
“Biz bütün saxlanılanların dərhal azad edilməsinə, cəsədlərin dəyişdirilməsinə və itkin düşmüş şəxslərin qeydiyyata alınmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılan şəxslərlə humanitar rəftarın zəruriliyini vurğulayırıq”, - deyə məlumatda qeyd olunub.