Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının Prezidenti Armen Sargsyana Yeni il və Milad bayramı münasibətilə təbrik məktubu göndərib. Rusiya Federasiyası Prezidentinin təbrikində xüsusilə deyilir:
“Ermənistan-Rusiya münasibətləri yaxşı dostluq ənənələrinə, mədəni və dini yaxınlığa əsaslanır. Əminəm ki, gələn il də ikitərəfli müttəfiq münasibətlərimiz, müxtəlif sahələrdə konstruktiv əməkdaşlığımız qardaş xalqlarımızın mənafeyi, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bundan sonra da inkişaf edəcək.
Sizə və qohumlarınıza, dostlarınıza möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik, Ermənistan vətəndaşlarına isə sülh və firavanlıq arzulayıram”.