Tavuş bölgəsinin İcevan şəhərində “Rusiya mərkəzi” açılıb. Bu, sadəcə rus dilinin yaxşılaşdırılması deyil, eyni zamanda elm, mədəniyyət və təhsil sahəsində erməni və rus xalqlarının əməkdaşlığının gücləndirilməsi üçün bir platformadır. Bunu Rusiyanın Gyumridəki Baş konsulu Ruslan Kandaurov bildirdi.
O qeyd etdi ki, uşaqların rus dilində danışması həyəcan vericidir.
“Rus mədəniyyəti keçmiş SSRİ ərazisində yaşayan bütün xalqlarını birləşdirir. Bu, ünsiyyət qurmağa, inkişaf etdirməyə, təhsil almağa, böyük rus ədəbiyyatı ilə tanış olmağa imkan verən ümumi bir dildir”,- deyə Baş konsul qeyd etdi.
Yeni açılmış mədəniyyət mərkəzində uşaqlar həftədə 3 dəfə pulsuz rus dili kurslarında, müzakirələrdə iştirak edəcəklər.
Yerevandakı “Rusiya evi”nin baş direktoru Vahram Karapetyan bildirdi ki, bu gün artıq 25 şəhərdə rus dili tədris olunur, rus mərkəzlərinin coğrafiyasını genişləndirmək lazımdır.
İcevan icra hakimiyyət başçısı də ümid etdi ki, əməkdaşlıq davam edəcək: “Дом Москвы” ilə yeni layihələrimiz var”.