Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Baş nazir Nikol Paşinyana qarşıdan gələn Yeni il və Milad bayramı münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli Nikol Vovayeviç,
Sizi Yeni il və Milad bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Ötən il ərzində bizim müntəzəm ünsiyyətimiz Rusiya-Ermənistan münasibətlərinin dostluq, müttəfiqlik xarakterini tam təsdiqlədi.
Ümid edirəm ki, birgə səylərlə biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın, həmçinin AİB, KTMT, MDB və digər çoxtərəfli strukturlar çərçivəsində tərəfdaşlığın daha da dinamik inkişafını təmin edəcəyik.
Bu, Rusiyanın - Ermənistanın qardaş xalqlarının fundamental maraqlarına uyğundur, Zaqafqaziya regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğundur.
Sizə möhkəm cansağlığı, uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram”.