Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski ilin yekunlarına dair mətbuat konfransında Türkiyənin Anadolu xəbər agentliyinin müxbirinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı sualına cavab verib.
Polyanski qeyd edib ki, münasibətlərin normallaşması çox həssas prosesdir, tərəflər arasında hələ də inamsızlıq var.
“Biz bunun öhdəsindən gəlməliyik, uğur qazansaq, Ermənistanla Türkiyə arasında normal qonşuluq münasibətlərinin bərpasından bütün dünya faydalanacaq. Biz hələ o nöqtədən çox uzağıq. Biz iki ölkə arasında mümkün barışığı təşviq etmək üçün addım-addım irəliləməliyik”.