Azərbaycan hərbçilərinin nəzarətindəki əraziyə daxil olumuş mülki şəxs erməni tərəfinə qaytarılıb.
Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Qeyd edilib ki, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.