Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti hazırda regionda planlaşdırılmış profil tapşırıqları həll edirlər.
Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
“Sülhməramlı qüvvələrimizi bölgəyə yerləşdirməklə biz orada vəziyyəti sakitləşdirə bildik. Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır”, - Rusiya müdafiə naziri vurğulayıb.
Onun sözlərinə görə, burada tibbi və humanitar yardımın göstərilməsində iştirak edənlərin hamısının böyük xidməti var.
“Əlbəttə ki, sülhməramlı postlarında 24 saat xidmət aparanların əməyi var. Bu müddət ərzində Qarabağda, Suriyada və xaricdəki digər hərbi bazalarımızda xidmət edən bütün komandirlərə, hərbi xidmətçilərə, sıravilərə, çavuş heyətinə təşəkkür edirəm”,- Şoyqu deyib.