Dekabrın 28-də Azərbaycanda yenidən etiraz aksiyası keçirib. Jurnalistlər mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran "Media haqqında" qanun layihəsindən narazılıqlarını bildiriblər.
“Turan” informasi agentliyi bildirdi ki, aksiya iştirakçıları parlamentin jurnalistlərin qanun layihəsinə dəyişiklik etmək çağırışlarına və tələblərinə məhəl qoymamasından qəzəblərini ifadə ediblər.
Jurnalistlər "Mürtəce qanuna yox!", "Azad mətbuat", "Reyetsri də götür, bas bayıra" şüarları səsləndiriblər.
Polis dəstələri jurnalistləri əhatə edib, onları uzaqlaşdırmağa çalışıb, plakatları iştirakçıların əlindən alıb, polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bundan sonra polis aksiya iştirakçılarını itələməyi dayandırıb.