Aslandüz (İran) və Horadiz (Azərbaycan) yaşayış məntəqələrində yeni nəzarət-buraxılış məntəqəsi açılıb. Bu barədə İRNA agentliyi İranın Ərdəbil vilayətinin qubernatoru Hadi Ameliyə istinadən məlumat verib.
“Ticarət münasibətlərini və malların tranzitini asanlaşdırmaq üçün yolları genişləndirmək və iki ölkə arasında ticarəti inkişaf etdirmək niyyətindəyik”, - o deyib.