2022-ci ildə Azərbaycan Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və strateji tərəfdaşlıq haqqında sazişi imzalamağı planlaşdırır. Bu barədə dekabrın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sazişin 10 faizi razılaşdırılmamış qalır və bu, "ticarət-iqtisadi məsələlərə" aiddir. O, siyasi aspektdə fikir ayrılıqlarına toxunmayıb.
Bakı və Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar beş ildir ki, aparılır.